DAR AĞACI

Bu birləşmədəki dar sözü farscadır və “kəndir, ip, sap” mənalarında işlədilir (kəndirbaz sözünün sinonimi kimi darbaz kəlməsi də mövcuddur). Dar ağacı birləşməsi “kəndir ağacı” deməkdir (kəndiri ağaca bağlayır və günahkarı göydən asırlar) (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DANYARLI
DARAQ
OBASTAN VİKİ
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Əd-Dar
Əd-Dar (ər. الضار) — Allahın adlarından biri.
Dar-əs-Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dar Emtedade Şab
== Filmin məzmunu == Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Dar əs Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Alma ağacı
Balzam ağacı
Kommifora (lat. Commiphora) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinə aid bitki cinsi.
Berqamot ağacı
Berqamot ağacı (lat. Citrus bergamia) - sitrus cinsinə aid bitki növü.
Broun ağacı
Broun ağacı — 1990-ci illərdə populyar olan kompüter incəsənətinin formasıdır. Broun ağacı ağacabənzər strukturların riyazi modelidir. Broun ağacının kompüterdə düzəldilməsi üçün əvvəllər saatlarla vaxt sərf edilirdi, lakin bir neçə saniyədə Borun ağacını düzəltmək mümkün oldu. Broun ağacı əsas üç faktordan asılı olaraq müxtəlif formaya malik olur.
Buynuz ağacı
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Cümhuriyyət Ağacı
Cümhuriyyət Ağacı Türkiyənin İzmir ilinin Konak ilçəsində, Gündoğdu Meydanı içərisində yerləşən abidədir. 2003-cü ildə tamamlanan abidə İstiqlaliyyət müharibəsini təmsil edir. Misdən hazırlanmış heykəlin hündürlüyü 5 metr, mərmərlə örtülü pedestalın hündürlüyü 8,5 metr, abidənin bütöv hündürlüyü 13,5 metrdir. == Tarixi == 1997-ci ildən etibarən dəniz dolğusu ilə genişləndirilən Kordon üzərində 2000- ci ildə Gündoğdu Meydanı salındı. İzmir Böyükşəhər Bələdiyyəsi meydana abidə qoyulmağı üçün heykəltaraş Fərid Özşen ilə razılaşdı. 2003-cü ildə tamamlanan abidə eyni il Cümhuriyyətin elan edilməsinin 80 illiyi münasibətiylə 29 oktyabrda açıldı. 2014-cü ildə Türkiyə yerli seçkilərindən əvvəl 16 mart tarixində Gündoğdu Meydanında təşkil edilən AKP mitinqində abidə vandalların hücumuna məruz qaldı. == Memarlığı == Cümhuriyyət Ağacı 8,5 m hündürlüyündə mərmərlə örtülü pedestal və bu pedestalın üzərinə yerləşdirilən on atlının təmsil edildiyi mis heykəldən ibarətdir. Ümumi uzunluğu 13,5 metr olan abidənin pedestalında Hitit, Səlcuqlu və Osmanlı mədəniyyətlərini və cümhuriyyətin qurulmasından bəhs edən qabartmalar və yazılar yerləşdirilib. İstiqlaliyyət müharibəsini təmsil edən heykəl daha yaxşı işıq alması üçün üzü qərbə tərəf tikilmişdir.
Darçın ağacı
Darçın ağacı (lat. Cinnamomum) - dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Cavan budaqlarının soyulub qurudulmuş qabığından darçın alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kafur ağacı; Kamfora ağacı (Cinnamomum camphora (L.) Nees. et Eberm.) Çin darçın ağacı (Cinnamomum cassia Blume) Seylon darçın ağacı (Cinnamomum zeylanicum Blume) == İstinadlar == Darçın ağacı:The Plant List saytında takson barədə məlumat.
Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. == Təbii yayılması == Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. == Botaniki təsviri == Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Evgenol ağacı
Evrim Ağacı
Evrim Ağacı (azərb. Təkamül Ağacı), 5 Noyabr 2010 tarixində Çağrı Mert Bakırcı rəhbərliyi ilə Yaxın Şərq Tekniki Universitetində "Biologiya və Genetika Cəmiyyəti" tərəfindən qurulmuş bir markadır. Evrim Ağacı, Türkiyə təkamül biologiyasında ən böyük təşəbbüsdür. İşi Avropa Təkamül Biologiyası Cəmiyyəti (ESEB) tərəfindən dəstəklənir.Rəsmi veb saytı, Türkiyənin ən çox ziyarət edilən elm saytları arasında. Sosial media və veb saytı ziyarətçiləri baxımından Türkiyənin ən çox ziyarət edilən elmi veb saytıdır. Azərbaycan, ziyarətçilər baxımından ilk 3 ölkə arasındadır.
Kafur ağacı
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.
Kakao ağacı
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kamfora ağacı

Kinə ağacı
Kinə ağacı (lat. Cinchona) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Küjü ağacı

Milad ağacı
Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir. XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır.Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır. == Tarixi == === Müasir Milad ağacının mənşəyi === Müasir Milad ağacının mənşəyi erkən modern Almaniyada İntibah dövrünə qədər gedib çatır.
Mixək ağacı
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. == Əhəmiyyəti == Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.

Digər lüğətlərdə

-юр-(а) некомме́рческий привод приголу́бливать удовлетворённый квашо́нка намерза́ние непроизво́льный плюсо́вка стоять на нога́х крепко слаща чепурник bicycler congé day return discalceated empiric fatiguesome flint wheat gun-park hop-growing hotch ice-hockey seism скупердяй